Torpaq istifadəçiliyində yenilik: onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə start verildi

Daima yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də fəaliyyətində innovativ yanaşma tətbiq etməklə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də, Əmlak Xidmətləri Məkanında geniş tədbir keçirilib. Təqdimatda komitə nümayəndələri, Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları, əmlak ekspertləri, bir sıra Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak ediblər. 

Ardını oxu...

15 oktyabr hərracı: nəqliyyat vasitələri rəqabətli mühitdə özəlləşdirildi

Dövlət əmlakları üzrə geniş seçim, elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşların vaxt itirmədən özəlləşdirməyə qoşulmasına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 oktyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Növbəti açıq hərracda 11 dövlət əmlakına ümumilikdə üzrə 21 sifariş verilib.

Ardını oxu...

İnvestisiya müsabiqəsi nəticəsində daha bir balıqartırma zavodu yenidən qurulacaq

Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq. Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.

Ardını oxu...

Mənzillərin qeydiyyatı üzrə səyyar kampaniyalar davam edir: bu həftə xidmətlər istismarına icazə verilmiş 5 binada göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mənzillərin dövlət qeydiyyatına alınması intensiv şəkildə davam etdirilir.

Ardını oxu...

“Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar”

Özəlləşmə nəticəsində bölgələrdə mütərəqqi texnologiyaların tətbiq edildiyi yeni müəssisələr açılır, biznes mühitində investorlar təbəqəsi genişlənir, o cümlədən fəaliyyətini dayandırmış müəssisələrin yenidən bazar iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlərin effektivliyi artır. Bu strateji hədəflərin reallaşdırılması üçün innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Belə tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 11-də Şəmkir şəhərində “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Şəmkir şəhər İcra Hakimiyyəti nümayəndələri, ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak edib. 

Ardını oxu...