Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 72-ci sayı çapdan çıxıb. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, paytaxtın və regionların daşınmaz əmlak bazarındakı vəziyyət, eləcə də, ölkədə aparılan daşınmaz əmlak siyasəti və bu sahənin inkişafı üçün görülən işlər barədə maraqlı yazıları özündə əks etdirir. Jurnalda oxucular, mütəxəssislər və daşınmaz əmlak bazarının iştirakçıları üçün maraqlı rubrikalar yer alıb.

Jurnalın 72-ci sayı Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisindən bəhs edən məqalə ilə başlayır. Xəbər bölməsində yer alan “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Yenilik” yazısı vətəndaşların  onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan siyahısı barədədir. Belə ki, vətəndaş komitənin rəsmi internet səhifəsində bu siyahını əks “Vətəndaşların nəzərinə“ adlı ayrıca keçidə (linkə) daxil olaraq zəruri sənədlərin siyahısı ilə tanış ola bilər. Bölmənin digər xəbəri olan “Bakıda yüzlərlə bina yenilənəcək” başlıqlı məqalədə qeyd edilir ki,  irimiqyaslı yenidənqurma işləri barədədir.

Özəlləşdirmə bölməsinin ilk məqaləsi “Özəlləşdirmədə yeni dalğa ” başlığı altındadır. Xəbərdə özəlləşdirmə üçün görülən tədbirlərdən, özəlləşməyə çıxarılan müəssisə və obyektlər haqqında məlumatlardan bəhs edilir. Oxucuların marağına səbəb olacaq “Sosial mənzillər kimlərə və necə veriləcək?” başlıqlı xəbərdə sosial mənzillərin satış prosesi, evlər üçün müraciət tarixi, ilkin ödənişi barədə ətraflı məlumata rast gəlmək olar.

Jurnalın yeni sayında əmlak qiymətləndirilməsi xidməti, fərdi evlərin qeydiyyatı, mənzildən istifadə hüququ, xarici investorların özəlləşdirməyə marağı barədə yazılar yer alıb. Bunlarla yanaşı, jurnalda əmlak idarəçiliyində xarici təcrübə ilə bağlı yazılar da diqqəti çəkir. Jurnalda daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir.

Bunlarla yanaşı, jurnalın elektron xidmətlər bölməsində yer alan “Dövlət əmlakının icarə haqqı borcunun ödənilməsi” məqaləsində elektron xidmətlərdən necə yararlanmaq olar, tələb olunan sənədlər, elektron xidmət necə işləyir, bu xidmətdən kimlər yararlana bilər suallarına cavab tapmaq olar. Sual-cavab rubrikası vətəndaşlardan daxil olmuş sorğular əsasında hazırlanır. Bu bölmədən vətəndaşlar tərəfindən ünvanlanmış sualların cavabları öz əksini tapır.

Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).

Jurnaldakı məlumatlarla daha yaxından tanış olmaq və elektron versiyasını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

http://www.emdk.gov.az/images/Sehifeler%20N-72.pdf