Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən açıq, şəffaf hərraclar davam edir. Komitə investorların özəlləşdirmədə iştrakının sadələşdirilməsi üçün fəaliyyətini təkmillşdirir. Beləki, bu sahədə prosedurları daha da yüngülləşdirən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac”ı  istifadəyə verilib. Sistem vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. “Elektron Hərrac” da ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi mümkündür. Digər əmlakların da “Elektron Hərrac” vasitəsilə özəlləşdirilməsi də yaxın gələcəkdə reallaşacaq. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı baş tutan hərraclara sifariş vermək və sifarişçi statusu əldə etmək elektron xidmətlər vasitəsilə həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi belə hərracın davamı olaraq 6 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Bu dəfəki hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir.

Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və  Nərimanovda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”ı, İmişli rayonunda yerləşən 2 saylı yanacaq doldurma məntəqəsi aiddir. Qeyd edilməlidir ki, “Metal və ərzaq anbarı”ının torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxındır. 2 saylı yanacaq doldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə, Qubada yerləşir.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Yasamalda, Xətaidə,və Nəsimi rayonundadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Gəncədə yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 14,2 kv.m ilə 107,3 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Gəncə şəhərində yerləşən sahəsi 14,2 kv.m olan qeyri-yaşayış sahəsidir

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investsiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə  yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilərlər.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 13 iyun tarixində  keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan  20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1848