Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 avqust tarixində, saat 09:30- “Torpaq idarəçiliyi ilə bağlı maarifləndirici İşgüzar Forum” keçiriləcəkdir.

Tədbirin keçirilməsində məqsəd yerli icra hakimiyyəti nümayəndələrini, bələdiyyələri, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrini, iri torpaq mülkiyyətçilərin və KİV nümayəndələrini torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda keçirilən maarifləndirici İşgüzar Forumlar barədə məlumatlandırmaqdır.

Tədbir 14 avqust tarixində, saat 09:30-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

 

Hörmətlə,

 

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya,

ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri                                                   Qulu Xəlilov