Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 20 iyun 2014-cü il tarixində Qəbələ şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində keçiriləcəkdir.