Dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətini daha təkmil aparmaq üçün dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma” sı hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar bu müddət mayın 1-dək uzadılır.

   Qeyd edilməlidir ki, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatlar https://e-emdk.gov.az/ portalı vasitəsilə elektron şəkildə təqdim edilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.