Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 24 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, Qan­lı 20 Yanvar tək­cə fa­ciə günü­müz de­yil, həm də ta­ri­xi­mi­zin şan­lı sə­hi­fə­si­dir. 20 Yan­var özü­mü­zü bir mil­lət ki­mi ta­nı­dı­ğı­mız və dərk et­di­yi­miz gün­dür. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı olmuşlar. Dinc insanlar sovet ordusunun müasir silahlarla silahlanmış hissələrinin təcavüzünə məruz qalmışlar. Həmin gün yaddaşlara sovet-kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunmuşdur. 20 Yan­var­dan son­ra­kı gün­lər­də də Ba­kı­da qır­ğın da­vam et­di­ril­di. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­si, 20-dən çox qa­dın və uşaq var idi.

Vurğulanıb ki, bü­tün öm­rü bo­yu xal­qın ya­nın­da olan Ulu Ön­də­ri­miz Hey­dər Əli­yev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ai­lə­si ilə bir­gə Azər­bay­ca­nın Moskva­da­kı da­i­mi nü­ma­yən­də­li­yi­nə gəl­di və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bə­ya­nat­la çı­xış et­di, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.

Natiqlər öz çıxışlarında Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən 1990-cı il yan­var ayın­da fa­ci­ə­li ha­di­sə­lər za­ma­nı Azər­bay­can Res­pub­li­ka­sı­nın azad­lı­ğı, su­ve­ren­li­yi uğ­run­da hə­lak olan­la­rın əziz xa­ti­rə­sinin da­im yad edi­ldiyini bildiriblər. Qeyd edilib ki, Pre­zi­dent cə­nab İl­ham Əli­yev şə­hid ai­lələ­ri­nin so­si­al mü­da­fi­ə­si­ni güc­lən­dir­mək və on­la­ra döv­lət qay­ğı­sı­nı ar­tır­maq məq­sə­di­lə 19 yan­var 2006-cı il ta­rix­də mü­va­fiq Fər­man im­za­la­mış­dır. Hə­min Fər­man­la 1990-cı il yan­var fa­ci­ə­si za­ma­nı şə­hid ol­muş hər bir şəx­sin ai­lə­si­nə ay­da 300 ma­nat məb­lə­ğin­də "”20 Yan­var” şə­hi­di­nin ai­lə­si üçün Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin tə­qa­ü­dü" tə­sis edil­miş­dir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işləri də aparılmışdır.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 20 Yan­var gü­nü xal­qı­mı­zın mil­li su­ve­ren­lik, azad­lıq uğ­run­da ye­nil­məz ira­də­si­nin rəm­zi­dir. Fa­ciə xal­qı­mı­zın mil­li azad­lıq uğ­run­da mə­ba­ri­zə­si­nin şan­lı sə­hi­fə­si­dir. Tə­pə­dən dır­na­ğa qə­dər si­lah­lan­mış im­pe­ri­ya or­du­su­nun cə­za təd­bir­lə­ri mil­lə­ti­mi­zin haqq sə­si­ni bo­ğa bil­mə­di. Ək­si­nə, yum­ruq ki­mi bir­lə­şən xal­qı­mız öz eti­ra­zı­nı, nif­rə­ti­ni da­ha uca­dan bə­yan et­di. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, Azər­bay­can dövləti və xal­qı 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rə­si­ni da­im əziz tu­ta­caq, on­la­rın fə­da­kar­lıq­la­rı xal­qımızın yad­da­şın­dan heç za­man si­lin­mə­yə­cək.