Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 9 dekabr 2021-ci il tarixində saat 15:00-da video-konfransının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda işçi qrupunun bundan əvvəl – 13 oktyabr 2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti müzakirə olunacaqdır.

Həmçinin işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı üzrə hazırlanmış 9 aylıq icmal hesabatı və 2022-ci il üçün Fəaliyyət Planının layihəsi də müzakirə ediləcəkdir.