23 sentyabr 2015-ci il, saat 09:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərkəzi aparatının inzibati binasında (Bakı şəhəri, Hüseyn Cavid prospekti, 31 ünvanında, Elmlər Akademiyası metro stansiyasının arxası) Azərbaycan Hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz  Əmlakın  Qeydiyyatı  Layihəsi”nin başa çatması ilə bağlı fəaliyyəti dövründə görülmüş işlərə dair yekun İctimai Təqdimat keçiriləcəkdir. Tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə İT sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub. 

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov, Dünya Bankının torpaq inzibatçılığı üzrə eksperti Viktoriya Stenli, Avropa və Mərkəzi Asiya regionunun torpaq idarəçiliyi üzrə mütəxəssisi Kamil Burqinyon, digər ekspertlər Ayvar Tompson, Aleksandr Köli və Yurq Kaufman, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşenko, USAİD, KfW Bankının yerli numayəndələri, İsveçrənin SECO təşkilatının nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Tədbirdə həmçinin daşınmaz əmlakın qeydiyyatında müasir yanaşmalar və vətəndaş məmnunluğu, Layihəsinin İT sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, məsələləri mövzusunda müxtəlif təqdimatlar ediləcəkdir.

Kütləvi İnformasiya vasitələrinin nümayəndələri tədbirə dəvət olunur.

 

Əlaqə telefonları: (012) 490-24-72,  (050) 235-30-33